Yanvar-oktyabr ayları ərzində Azərbaycanda 117 min 752 körpə doğulub

A- A A+

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 117 min 752 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ü əkiz, 78-i üçəm, 4-ü isə dördəmdir.

Bu ilin 10 ayı ərzində ölkədə 46 min 403 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: