Həmrəylik Gününə həsr olunmuş bilik yarışması keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bilik yarışması keçirilib.İqtisad fakültəsinin təşkil etdiyi intellektual oyun 2 turdan ibarət olub və 5 komanda iştirak edib. “Qarabağ”, “Azadlıq”, “Nuh yurdu”, “İstiqlal”, “Əlincə” komandaların qatıldığı bilik yarışmasında “İqtisadiyyat” ixtisası üzrə I kurs tələbələrindən ibarət  “Azadlıq” komandası qalib olub. 

Sonra qalib komandanın iştirakçıları universitetin diplom və hədiyyələri ilə mükafatlandırılıb. Tədbir bədii hissə ilə davam edib. 

Səadət Əliyeva 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: