Qadınlara sərmayə kapitalı verilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təlimlərdə öz maraqlı biznes planı ilə fərqlənən Şərur, Kəngərli, Sədərək  rayon  qadınlarına sərmayə kapitalı verilib. Tədbir Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişafı üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində baş tutub.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu münasibətlə Şərurda keçirilən tədbirdə qeyd edilib ki, layihədə 34-ü sağlamlıq imkanları məhdud olmaqla 319 qadın  iştirak edib. Əsas məqsəd qadınların ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qadınların sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsidir. 

Keçirilən tədbirdə hər üç  rayondan olan, öz biznes ideyaları ilə seçilən 20 nəfər qadına müvafiq müqavilələr və aktivlər paylanıb. Sərmayə kapitalının 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək və ya qurmaq, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik sahəsi ilə məşğul olmaları və ya inkişaf etdirmələri üçün verilib. 

Tədbirdə sərmayə kapitalı verilən qadınlara müqavilələr təqdim edilib. 

Tədbirdən sonra sərmayə kapitalının dəyərində alınmış aktivlərə yerində baxış olub

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: