Tələbə teatr studiyalarının festival-müsabiqəsinə yekun vurulub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyalarının festival-müsabiqəsi”nin yekun tədbiri olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış ediblər.

Qeyd olunub ki, noyabrın 29-dan başlayaraq muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə keçirilib və həmin festival-müsabiqəyə ali və orta ixtisas təhsili müəssisələrindən 5 kollektiv qatılıb.

Sonra festival-müsabiqədə iştirak edən komandalar arasında yer tutanlara  təşkilatçılar tərəfindən diplomlar təqdim olunub. Yekun nəticələrə əsasən Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyası I, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Teatr Studiyası II, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası III, “Naxçıvan” Universitetinin Tələbə Teatr Studiyası və Naxçıvan Dövlət Texniki Kollecinin Tələbə Teatr Studiyası isə həvəsləndirici yerlərə layiq görülüblər.

Sonda I yerin qalibi olan Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyası “Vaqif” tamaşası ilə çıxış edib. 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: