Elektron sənəd dövriyyəsi ilə bağlı tədbir olub 

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Elektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə nazir müavini Samrat Gəncəyeva səhiyyə müəssisələrində kargüzarlığın aparılması istiqamətində görülən işlərdən danışıb.

Sonra nazirliyin ümumi işlər sektorunun müdiri Sərxan Əkbərov elektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair qaydalar barədə məlumat verib. Sənədlərin hazırlanması, fayl şəklində bazada saxlanılması, müəssisə daxilində sənəd hərəkətinin təmin edilməsi, axtarış sistemi  təhlükəsizliyinin təmin edilməsi, təşkilata daxil olan və göndərilən sənədlərin sistemə daxil edilməsi, sənədin əslinin elektron formata salınıb sistemdə yadda saxlanılması və digər məsələlər izah edilib. 

Təşkilatlarda sənədlərin alınması və ya yaradılması prosesindən başlayaraq sənədin icra olunması və ya göndərilməsi prosesinə qədər keçdiyi bütün mərhələləri özündə əks etdirən slaydlar nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: