Muxtar respublikada nağdsız ödənişlərin həcmi genişlənir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Kəngərli rayonunun Yurdçu, Şərur rayonunun Yengicə və Sədərək rayonunun Sədərək kənd sakinləri ilə görüşlər keçirilib. Keçirilən görüşlərdə xidmət mərkəzlərində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri sahiblərinin ödəniş kartları ilə təmin edilməsi, həmin şəxslər tərəfindən fəaliyyət göstərdiyi sahələr üzrə vergilərin, sosial ayırmaların, sığorta məbləğlərinin, kommunal xərclərin və dövlət büdcəsinə digər ödənişlərin tamamilə nağdsız şəkildə ödənilməsinin üstünlükəri haqqında geniş məlumatlar verilib. Vurğulaınb ki, görülmüş tədbirlərin nəticəsində, muxtar respublika üzrə POS-terminalların sayı 1278 ədədə,  2019-cu ilin 11 ayında  POS-terminal, internet və digər ödəniş vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi isə 40 milyon 388 min 654 manata çatdırılıb.

Qeyd edilib ki,  növbəti ayda sakinlərin nağdsız ödənişlər aparmaqla qiymətli hədiyyələr qazanmaq imkanı əldə edə bilmələri üçün  “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 12-ci tirajının keçirilməsi nəzərdə tutulub.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: