Pensiyaların poçt bölmələri tərəfindən ödənilməsi vətəndaşı razı salır

A- A A+

Şahbuz rayonunda pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün hər cür şərait yaradılıb, nəticədə, kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarını vaxtlarına və vəsaitlərinə qənaət edərək kəndlərdəki poçt bölmələrindən rahat şəkildə alırlar. NUHÇIXAN xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi tərəfindən pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi sahəsində maarifləndirici tədbirdə səslənib.

Tədbirdə bildirilib ki, kənd yerlərində yaşayan pensiyaçılar bundan sonra da istədikləri halda Fondun Şahbuz rayon şöbəsinə və “Naxçıvanpoçt” publik hüquqi şəxsin rayonda yerləşən yerli poçt bölmələrinə ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: