NUHÇIXAN xəbər verir ki, dekabrın 19-da Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının XII növbədənkənar konfransı keçirilib. Konfransda Ehtibar İsmayılov YAP Ordubad Rayon Təşkilatının yeni sədri seçilib.
Qeyd edək ki, Ehtibar Şəhrud oğlu İsmayılov 7 oktyabr 1959-ci ildə Ordubad rayonunda anadan olub. O, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunun Avtomatika və telemexanika mühəndisliyi ixtisasını bitirib. 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 1994-cü ildən Ordubad rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Ehtibar İsmayılov burda aparıcı mütəxəssis, təlimatçı, baş iqtisadçı, İcra başçısının köməkçisi, icra başçısının müavini və şöbə müdiri vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.