Dekabrın 20-də yerli vaxtla saat 08:00-da Bərdə seysmoloji stansiyasından 8 kilometr cənub-qərbdə Bərdə ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi 24 kilometr olub.
Zəlzələ hiss olunmayıb.