Siyəzən ərazisində zəlzələ qeydə alınıb

A- A A+

Dekabrın 20-də yerli vaxtla saat 03.57-də Altıağac seysmoloji stansiyasından 22 kilometr şimal-şərqdə Siyəzən ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, zəlzələ hiss olunmayıb.

Siyəzəndəki zəlzələ 3.3 maqnituda gücündə olub və ocağı 43 kilometr dərinlikdə yerləşib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: