Müdafiə Sənayesi Nazirliyi ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
Dekabr 19-da Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Moskvada Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Dmitri Manturov ilə görüşüb.
NUHÇIXAN Müdafiə Sənayesi Nazirliyinin saytına istinadla xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.