Naxçıvanda rəngarəng və əyləncəli bayram şənlikləri keçiriləcək - FOTOLAR
Bu il Naxçıvanda Yeni il şənlikləri daha möhtəşəm olacaq. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibətilə təşkil edilən şənliklər, müxtəlif proqramlar Naxçıvanın ən yaxşı turizm məkanları və otellərində keçiriləcək. Yeni il axşamı Naxçıvan şəhərinin mərkəzində möhtəşəm bayram atəşfəşanlığı olacaq.
Bu cür əyləncəli bayram tədbirlərinin keçirilməsində yetərincə təcrübəsi olan “Nəqşicahan” Holdinq öz xidmət obyektlərində musiqili-əyləncəli bayram şənlikləri təşkil edəcək.
NUHÇIXAN şəhərimizin sakinləri və qonaqların marağını nəzərə alıb, həmin tədbirlərin keçirildiyi yerləri və proqramı təqdim edir:
Tanınmış Duzdağ oteldə möhtəşəm Yeni il konserti dekabrın 31-də saat 19-00 da başlayacaq. Burada müğənni Aygün Ağayevanın və dünyaca məşhur müğənni Sarina Parsanın konserti olacaq. Müğənnilər öz rəngarəng, ritmik mahnıları ilə izləyiciləri coşduracaqlar.
Dekabrın 31-də həmçinin Təbriz oteldə təşkil edilən möhtəşəm Yeni il gecəsi proqramında tanınmış müğənnilər Aygün Ağayeva, Könül Məmmədli öz mahnıları, Vinyamin şou, Panda şou, Robot şou isə əyləncəli oyunları ilə əsl bayram axşamı əhval-ruhiyyəsi yaradacaqlar.
Naxçıvanda ilk dəfə olaraq “Saat Meydanı” Turistik İstirahət Mərkəzində gecə saat 12-dən sonra pulsuz olaraq “After Party” adlı proqram hazırlanıb. Burada Vinyamin şou, Panda şou, Robot şou öz maraqlı repertuarları ilə çıxış edəcəklər. “After Party”ni ən gözəl mənzərəli "ChoCha" terrasından özəl olaraq izləmək istəyənlərə indidən rezerv xidmət, dekabrın 28-dən yanvarın 7-dək isə sərfəli qiymətə “Chefm” təamı təklif olunur.
“Görüş yeri” kafesi də yeni ili daha maraqlı keçirmək üçün müxtəlif proqramlar hazırlayıb. Burada dekabrın 22-də saat 13-də uşaqlar üçün “New Year Kids Party”, dekabrın 25-də saat 19- da isə başlanacaq və girişi pulsuz olan “1 Year Party” gecəsində əyləncəli şoular təqdim ediləcək. Klassik canlı musiqiyə müğənni Həsən və Dj Zeo da qatılacaqlar. Kafedəki “Bullet steak house”da təşkil edilən diskotekada müğənnilər Aygün Ağayeva, Həsən, Könül Məmmədli də öz gözəl ifaları, Venyamin şou, Panda şou, Şaxta baba və Qar qız maraqlı təqdimatları ilə iştirakçıları əyləndirəcəklər.
“Əyləncə Mərkəzi” də yeni il axşamı müxtəlif rəqs həvəskarları üçün unudulmaz bayram gecəsi hazırlayıb.
Ekzotik qış gecəsinin Yeni il ovqatını duymaq istəyənlər Şahbuz dağalarında yaradılan turizm infrastrukturundan istifadə etməldirlər. Buna görə Ağbulaq İstirahət Mərkəzi də öz qonaqları üçün əsl qış nağılı hazırlayıb. Burada dekabrın 31-də Yeni il axşamını canlı musiqi, ləziz yeməklər, atəşfəşanlıqla qeyd etmək olar.
Qarlı qış gecəsində, Yeni il günü Şaxta babadan sürpriz hədiyyələr almaq istəyənlər bir qədər uzağa, dağlara tərəf getməlidirlər. Onlar Naxçıvan şəhərindən 60 km məsafədə, qarlı dağların qoynunda yerləşən, hər tərəfi ağappaq örpəyə bürünən “Batabat” restoranında unudulmaz gün yaşaya bilərlər.
Bayram tədbirlərində qonaqlara Naxçıvan və dünyanın müxtəlif ölkələrinin mətbəx nümunələri, içkilər də təklif olunur.
Bir sözlə, bu Yeni il Naxçıvanda unudulmaz, rəngarəng bayramlarla qeyd ediləcək.
Bütün bunlar haqqında daha geniş məlumatı və videoları “Nəqşicahan” Holdinqin @neqsicahan_holding instaqram səhifəsində izləyə bilərsiniz.
Anar Tağıyev