NDU-nun İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının hesabat konserti olub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universiteti (NDU) İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının hesabat konserti olub.

NUHÇIXAN xəbər verir ki, konsertdən öncə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aynurə Quliyeva kafedranın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, kafedranın müəllimi Sərxan Abdullayevin bədii rəhbəri olduğu “Buta” instrumental ansamblı qonşu ölkələrdə keçirilən tədbirlərdə də Azərbaycan milli musiqisini təbliğ edir.

Azərbaycan klassik, xalq mahnılarından ibarət konsert proqramında xarici ölkə bəstəkarlarının da əsərləri ifa olunub, həmçinin instrumental musiqi səsləndirilib. Muğamda öz bacarıqlarını ortaya qoyan tələbələrin ifası maraqla qarşılanıb. Qeyd edək ki, konsertin bədii rəhbəri kafedranın müdiri Aynurə Quliyevadır.

Konserti kafedranın illik hesabatı kimi qiymətləndirən universitetin rektoru Elbrus İsayev müəllim və tələbələri təbrik edərək onlara uğurlar arzulayıb. O, muxtar respublikada incəsənətin inkişafına, müğənni və aktyorluq, bəstəkarlıq, sənətşünaslıq sahəsində ali təhsilli mütəxəssis hazırlığına, sənət adamlarına göstərilən dövlət qayğısından danışıb, hesabat konsertlərini istedadlı tələbələri üzə çıxarmaq, onlarda professional ifaçılıq məziyyətləri aşılamaq baxımından əhəmiyyətli hesab edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: