Naxçıvanda seçicilər fəallığı ilə seçilir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu gün keçirilən bələdiyyə seçkilərində Naxçıvan Muxtar Respublikasında 170 bələdiyyəyə 1452 nəfər üzv seçiləcək. Qeydə alınmış namizədlərin ümumi sayı isə 2122 nəfərdir. Bunlardan 535-i ali, 1587-si isə orta təhsillidir. Qadın namizədlərin sayı 306-dır. Seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün addımlar atılıb.
Naxçıvan Muxtar Respublikasında 7 dairə və 316 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Seçicilərin sayı isə 271 524 nəfərdir.
Bu ilki bələdiyyə seçkilərində iştirak edən 2122 nəfərdən siyasi partiya mənsubiyyətinə görə 1477-si YAP, 26-sı BAXCP, 81-i BQP, 45-i ASRP, 9-u Ümid, 1-i VHP və 8-i AVP tərəfindən namizdəliyi irəli sürülüb. 475 nəfər isə bitərəfdir.
Qeyd edək ki, Azərbaycanda saat 12:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb. Seçici fəallığının ən yüksək olduğu 2 saylı Şərur Seçki Dairəsidir. Burada 43 142 nəfərdən 11 907 nəfəri yaxud, 27.60 faiz səs verib.