Babək rayonunda 273 nəfər ilk dəfə səs verib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin Babək rayonu ərazisində fəaliyyət göstərən seçki məntəqələrində də bələdiyyə seçkilərində seçicilər fəallıq göstəriblər.   Bələdiyyə seçkiləri ilə əlaqədar Babək rayonunda 21 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələr müasir binalardadır və məntəqə seçki komissiyalarının səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Dairə məntəqələrində  veb-kameralar quraşdırılıb. Rayon üzrə 15 min 849 seçici siyahıya alınıb. Həmin seçicilərin 273-ü ilk dəfə səsvermədə iştirak edir.  Qeyd edək ki, rayonda keçirilən bələdiyyə seçkilərini müşahidəçilər də izləyiblər.

 

                    Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: