Naxçıvan Muxtar Respublikasında bu gün 112 min 277 seçici səs verib 

A- A A+

Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb. Hazırda məntəqələrdə səslərin sayılması prosesi başlayıb.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, saat 19:00- a qədər muxtar respublikada fəaliyyət göstərən Seçki Dairələrində səs vermənin mənzərəsi belədir: 

1 saylı Şərur-Sədərək seçki dairəsi-  16 800 seçici iştirak edib- yəni 43.5% ; 

2 saylı Şərur  seçki dairəsi 17904 seçici – yəni  41.5%;

3 saylı Babək- Kəngərli- Naxçıvan seçki dairəsi – 18128 seçici – yəni 41.9%;

4 saylı Naxçıvan seçki dairəsi - 18449 seçici – yəni 41.5% ;

5 saylı Şahbuz-Babək seçki dairəsi- 12252 seçici –yəni  40.7 %;

6 saylı Culfa-Babək seçki dairəsi – 14831 seçici – yəni 40.2%;

7 saylı Ordubad-Culfa seçki dairəsi  13912 seçici -  yəni 39.7%.

Beləliklə, Naxçıvan Muxtar Respublikası  üzrə 112 min 277 seçici seçkilərə qatılıb və bu ümumi seçicilərin  41.4 faizi deməkdir.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: