Amerikalı tədqiqatçı Naxçıvanda - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Vesleyan Universitetinin Ətraf Mühit və Cəmiyyətdə Elm kafedrasının tarix üzrə dosenti, doktor Kortney Follayv AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevlə görüşüb.
Amerikalı alim bildirib ki, görüşdən əvvəl Naxçıvanın təbiəti və abidələri ilə yaxından tanış olub. Naxçıvanın təbiətinin və abidələrinin qorunması isə bir nümunədir və dünyanın bir çox ölkələrində olduğunu deyən qonaq vurğulayıb ki, gördüyü ərazilər içərisində Naxçıvan onun diqqətini xüsusilə cəlb edib.
AMEA Naxçıvan Bölməsinin ingilis dilində olan bələdçi kitabı, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan:Tarixi və abidələri”, “Naxçıvan Şərqin əfsanəsi” və “Naxçıvan bu gün” kitabları doktor Kortney Follayva hədiyyə edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Əbülfəz Dünyamalıyev