NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan başlanan yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışılıb. Qeyd olunub ki, ulu öndərin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi sayəsində ölkəmizin gələcək tərəqqisi üçün yaradılmış etibarlı bünövrə respublikamızın sağlam təməl üzərində sürətlə inkişafına şərait yaradıb.
Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, rayon məktəbliləri tərəfindən Milli Qurtuluş Gününə həsr edilən şeirlər bədii qiraət edilib.
Sərxan İSMAYILOV