Naxçıvanda səhiyyə xərcləri 25 milyon manatdan çox azaldılıb

A- A A+

Uğurla həyata keçirilən islahatlar öz bəhrəsini verir

NUHÇIXAN xəbər verir ki, bu faktı beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini – Maliyyə naziri Səbuhi Məmmədov açıqlayıb.

Səbuhi Məmmədov deyib ki, 2020-ci ilin büdcəsində səhiyyə bölməsinə ümumi xərclərin 2,7 faizi həcmində - 13 milyon 70 min 880 manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu 2019-cu ildəki anoloji rəqəmdən 25 milyon 193 min 762 manat azdır. Buna səbəb muxtar respublikada 2020-ci ildən icbari tibbi sığortanın tətbiqinə başlanmasıdır. Növbəti ildən Naxçıvan Muxtar Respublikasının Onkoloji Mərkəzi, Gigiyena və Epidemiologiya Mərkəzləri, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi və səhiyyə sahəsi üzrə tətbiq olunan bir sıra dövlət proqramlarının maliyyə təminatları istisna olmaqla, digər səhiyyə müəssisələrinin saxlanılması xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, ötən ildən başlayaraq muxtar respublikanın əksər rayonlarında tibbi sığorta tətbiq edilir. Bu hesaba tibb işçilərinin və həkimlərin əməkhaqları da 50 faiz artırılıb.  

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin layihəsi muxtar respublikanın inkişaf prioritetləri, sosial-iqtisadi siyasət hədəfləri, mühüm dövlət proqramlarının və infrastruktur layihələrinin icrasına etibarlı maliyyə mühitinin təmin edilməsi əsas götürülməklə hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: