Məktəblilərə Səfəvilər dövlətinin yaranma tarixi ilə bağlı məlumat verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki,  AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv açıq dərs keçirilib. Dərs Səfəvilər dövlətinin yaranma tarixinə həsr olunub.

Dərsdə bölməninTarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev Səfəvilər dövlətinin yaranması, Azərbaycan torpaqlarının vahid dövlət tərkibində birləşdirilməsi, dövlətin həyata keçirdiyi daxili və xarici siyasət barəsində şagirdlərə ətraflı məlumat verib. 

Qeyd edək ki, açıq dərs ümumilikdə muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: