Ordubadda humanitar tibbi aksiyaya start verildi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Respublika Klinik Xəstəxanasının həkimləri Ordubadda dördgünlük humanitar tibbi aksiyaya start veriblər. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibətilə baş tutan aksiyanın ilk günündə  435 nəfər ambulator müayinə olunub və müdaxiləyə ehtiyacı olan 19 xəstə əməliyyat edilib.

Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti  Bakıdan gələn həkimlərlə birgə əhaliyə tibbi xidmət göstərib. Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun, qulaq, boğaz və digər əməliyyatlar aparılıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: