Muğam studiyası Ordubadda konsert verib

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Ordubad Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının konserti olub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  keçirilən konsert Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunub.

Konsertdə müğənnilər “Şur” və “Mahur” təsnifləri,  Əlibaba Məmmədovun “Söylə”, “Vətən yaxşıdır”, Qulu Əsgərovun “İlk eşqim” mahnılarını ifa ediblər.  

Konsertdə xalq mahnıları ilə yanaşı, bəstəkar mahnıları da səsləndirilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: