Təlimçilər üçün təlim keçirilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişafı üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” layihəsinin təlimçiləri  üçün təlimə start verilib.

NUHÇIXAN xəbər verir ki, təlimə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin fəaliyyətində bilavasitə iştirak edən 15 təlimçi dəvət olunub. Mərkəzin direktoru Sevinc  Cabbarova təlim haqqında ümumi məlumat verib, onun aktuallığı və əhəmiyyəti barədə danışıb.    

Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən təlim materialı təqdim olunub.  Pulların hərəkəti, gəlir və xərclərin təhlili, mövsümə uyğun idarə edilməsi, həyatda baş verən hadisələr, maliyyə hədəfləri və planlaşdırılmanın faydaları barədə təlimçilərə geniş məlumat verilib.

Sevinc Rüstəmova təlim zamanı yığım metodları və bacarıqları, təcili hadisələr üçün xərclər və ehtiyat fondu haqqında elektron materiallardan istifadə etməklə təlimçiləri maarifləndirib.

Qeyd edək ki, təlim iki gün davam edəcək. Sonda müvəffəqiyyət qazanan iştirakçılara bu layihə üzrə təlimçi sertifikatları təqdim ediləcək. 

                                                    Əbülfəz Dünyamalıyev

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: