Kitab ən yaxşı dostdur

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Kitab ən yaxşı dostdur” adlı tədbir keçirilib. Tədbirdə universitetin elmi katibi Məftun İsmayılov mütaliənin əhəmiyyətindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Oxunması zəruri olan kitablar haqqında" Sərəncamının gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasındakı əhəmiyyətindən danışıb.

“Kitabxana zamana açılan qapıdır” adlı çıxışında Elmi kitabxananın direktoru Fariz Əhmədov həyat yolunun müəyyənləşməsində, vətəndaş tərbiyəsində mütaliənin rolunun əhəmiyyəti haqda ətraflı məlumat verib.

Digər çıxışlardan sonra mütaliəni gənc nəslə necə sevdirməyin yollarını özündə əks etdirən  videoçarx nümayiş olunub.

Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: