Bu ilin ötən ayında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 34 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Xidmətdən NUHÇIXAN-a bildirilib ki, ötən ay xidmətə, ümumilikdə, 719 müraciət daxil olub. Daxil olan müraciətlərdən 155-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Həmçinin olduğu yer üzrə qeydiyyatla bağlı 564 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 249-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.