NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində istehsalat müşavirəsi keçirib.Tədbirdə universitetin rektoru Elbrus İsayev bildirib ki, artıq 20 illiyi qeyd edilən fakültənin tibb kadrlarının hazırlanması sahəsində yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirmək əsas prioritet istiqamətdir.
Qeyd edək ki, 1999-cu ildə universitetin Təbiətşünaslıq fakültəsinin nəzdində Pediatriya ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə muxtar respublikada ali tibb təhsilinin təməli qoyulub. 2003-cü ildən müstəqil fəaliyyət göstərən fakültədə hazırda 680-ə yaxın tələbə təhsil alır. Onlardan 300-dən çoxu xarici ölkə vətəndaşıdır. 2012-ci ildən rezidentura hazırlığına başlanan fakültədə 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir, hazırda 56 həkim-rezident də muxtar respublikanın xəstəxanalarından tədris-klinik baza kimi istifadə edir.
Səadət Əliyeva