NUHÇIXAN xəbər verir ki, bu gündən Naxçıvan şəhərindəki mərkəzi bazarda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram yarmarkası təşkil olunub. Yarmarkaya Muxtar Respublikanın bölgələrindən tonlarla ailə təsərrüfatı məhsulları çıxarılıb.
Keçirilən yarmarkada satılan məhsullar alıcılar üçün daha sərfəlidir. Burada balıq 2,50 qəpikdən 5 manata, yumurta 25 qəpiyə, alma 80 qəpikdən 1 manata, bal və bal məhsulları 10 manatdan 23 manata, pendir 6 manata və digər yerli məhsullar bazar və mağazalardakı qiymətlərdən daha ucuz təklif olunur.
Qeyd edək ki, yarmarkanın sonuncu günü dekabr ayının 29-dur.
Vüsal Muradov