İncəsənət fakültəsinin hesabat konserti keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının hesabat konserti keçirilib.

Universitetin rektoru Elbrus İsayev hesabat  konsertinin istedadlı tələbələrin yaradıcılığının  inkişafında artan rolundan danışıb. Rektor  müəllim və tələbələri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan klassik, xalq mahnılarından ibarət konsert proqramında xarici ölkə bəstəkarlarının da mahnıları ifa olunub. Tarda Cahangir Cahangirovun “Zərif gülüşlüm”, sazda “Baş sarı tel”, kamançada Nazim Quliyevin “Ədalətsiz kaman”, qarmonda Tofiq Quliyevin “Sənə də qalmaz”, fortepianoda Mendelsonun “Vals” və digər çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İnstrumental ifaların üstünlük təşkil etdiyi konsertdə vokal qrupunun ifasında Tofiq Quliyev “Sən mənim, mən sənin”, “Coş dənizim”, “Bəxtəvər oldum” mahnıları da yüksək peşəkarlıqla səsləndirilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: