“Naxçıvan” Universitetində Həmrəylik Günü və Yeni il qeyd edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar tədbir keçirilib.
Tədbirdə Universitetin rektoru Nurlana Əliyeva çıxış edərək bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük bayramıdır. Bu gün Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır.
Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvanda abadlıq-quruculuq işlərinin əhatə dairəsinin genişləndirilməsi muxtar respublikanın daha da müasir görkəmə qovuşmasına zəmin yaradıb. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri bu qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoyub.
Sonra tədbirin bədii hissəsində Universitetin tələbələrinin ifasında milli musiqi və rəqslər, səhnəciklər nümayiş olunub.
Vüsal Muradov