Şagirdlər “Xalqımızın qədim ənənəsi- xalçaçılıq” mövzusunda mühazirə dinləyiblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə mütəxəssislər tərəfindən “Xalqımızın qədim ənənəsi- xalçaçılıq” mövzusunda mühazirə oxunub.
Mühazirədə şagirdlərə Azərbaycan xalçalarının tarixi o cümlədən Naxçıvan xalçaçılıq məktəbi və Naxçıvan xalçalarının tarixi barədə geniş məlumat verilib. Bildirilib ki, X-XII əsrlərdə Naxçıvanda xalçaçılıq elə yüksək inkişaf səviyyəsinə çatıb ki, Azərbaycan şəhərlərində toxunan müxtəlif növ xalçaların ornament və təsvirlərinin tərtibatında naxçıvanlı sənətkarların əl işlərindən istifadə olunub.
Sonda muzeyə baxış olub.
Mahmud Hüseynov