Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

NUHÇIXAN-ın məlumatına görə, Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqənin nəticələri barədə məlumat verib.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli və Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da iştirak ediblər.

Naxçıvan televiziyasının əməkdaşı və "Nuhçıxan" İnformasiya Agentliyinin redaktoru Hafizə Əliyeva fərdi jurnalist yazıları müsabiqəsində "Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin elm və mədəniyyətinin təbliği" istiqaməti üzrə I yerin qalibi olub. Ona mükafatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: