Tələbələrin Almaniya təlimi başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Elektroenergetika ixtisasının tələbələrinin Almaniyada təlimi başa çatıb. Bu məqsədlə universitetdə təşkil edilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edib. Rektor bu cür təlimlərin tələbələrin gələcəkdə əsl peşəkar kadr kimi formalaşmasında rolundan danışıb.

Sonra təlimdə fəal iştirak edən tələbələrə  sertifikatlar təqdim edilib. Keçdikləri təlim üzrə çıxış edən tələbələr orada gördüklərinin onlar üçün böyük təcrübə olduğunu qeyd edib, yaradılan şərait, dövlət qayğısına görə minnətdarlıqlarını  bildiriblər.

Qeyd edək ki, “Pure Energy Development” SARL şirkətinin Almaniyanın Wismar şəhərindəki fabrikində keçirilən təlimdə universitetdən 7 nəfər tələbə və bir müəllim iştirak edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: