“Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaitinin təqdimatı olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ali təhsil ocağında Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə nəşr etdirdiyi “Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova, Mühasibat uçotu və maliyyə kafedrasının dosenti Nuriyyə İbrahimova və müstəqil ekspert Rauf Qarayevin birgə fəaliyyəti ilə ərsəyə gələn kitabın təqdimatında  universitetin rektoru Elbrus İsayev çıxış edib, kitabın elmi, təcrübi əhəmiyyətini qeyd edib. 

Kitabda əmək müqaviləsi, əmək kitabçası, əməkhaqqının hesablanması, əmək məzuniyyətlərinin verilməsi, əmək pensiyalarının tənzimlənməsi, ezamiyyə və kompensasiyaların hesablanması ilə bağlı sualların cavablandırılması həm  ixtisas üzrə mütəxəssislərin, həm də bu sahə ilə maraqlanan hər bir şəxs üçün əhəmiyyətlidir.

Sonda müəlliflər muxtar respublikada elmi, ictimai mühitə göstərilən dövlət dəstəyinə görə minnətdar olduqlarını bildiriblər.

Səadət Əliyeva 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: