Uşaq bağçalarında bayram şənlikləri keçirilib  - FOTOLAR

A- A A+

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Yeni il” bayramı münasibətilə Naxçıvan şəhərindəki uşaq bağçalarında bayram şənlikləri keçirilib. 

Tədbirlərdə  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında geniş söz açılıb, bu günün əhəmiyyəti balacaların təqdim etdiyi səhnəciklərdə, söylədikləri şeirlərdə və ifa etdikləri mahnılarda öz əksini tapıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri də dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyə nail olmaq idi. Məhz buna görə də görkəmli dövlət xadiminin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. 

Şənliklərin bədii hissəsində  səhnəyə şaxta baba və qar qız gəlib, fidanlar milli rəqslərimizi nümayiş etdiriblər. Onların ifasında səslənən bir-birindən maraqlı musiqi nömrələri, söylənən şeirlər, təqdim edilən maraqlı səhnəciklər tədbirdə əsl bayram  əhval-ruhiyyəsi yaradıb. 

                                                                                                         Aydan Yunisqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: