“Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabı işıq üzü görüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin elmi kitabxanasında “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimat mərasimi olub. Kitabın müəllifləri dosent Ceyhun Mahmudov və iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoyludur.
Təqdimat mərasimində universitetin rektoru Nurlana Əliyeva müəllifləri təbrik edib. Rektor bildirib ki, universitetin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunan kitab dərs vəsaiti kimi tələbələr üçün qiymətli xəzinədir.
Dərs vəsaitində bazar iqtisadiyyatının tələblərini nəzərə alaraq ölkəmizdəki proqnozlaşdırma proseslərinə bir çox cəhətdən yeni bir şəkildə baxılmasına cəhd göstərilib. Bundan başqa proqnozlaşdırmanın əsas forma və metodları milli iqtisadiyyat, regional və ən vacib sahələr səviyyəsində nəzərdən keçirilib. Dərs vəsaiti tələbələrə “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” fənninin mənimsənilməsinə imkan verən əlavə bir mənbə kimi yaradılıb.
Sonda müəlliflər çıxış edərək universitet rəhbərliyinə dərs vəsaitinin dərc olunmasında göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Seyfur Hacımuradov