Əsgərlərə bayram sovqatı təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının əməkdaşları Naxçıvan şəhərində yerləşən hərbi hissəyə bayram sovqatı gətiriblər. 

Görüş zamanı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, bayram günlərində hərbi hissələrə sovqatların aparılması, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi xalq-ordu birliyinin daha bir ifadəsidir. Ordumuzun maddi-texniki  bazasının hər il daha da güncləndirildiyini və hərbi qulluqçuların mənzil məişət şəraitinin diqqətdə saxlanıldığını deyən nazir bayram münasibətilə hərbi qulluqçuları təbrik edib, onlara xidməti vəzifələrində uğurlar arzulayıb. “Cahan İnşaat” MMC-nin rəhbəri Vilayət Cəlilov da şəxsi heyəti təbrik edib, bu cür görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Hərbi qulluqçular adından çıxış edən zabit Əli Əsədov və əsgər Vahid Xəlilov göstərilən qayğının onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib və bütün şəxsi heyət adından minnətdarlıqlarını bildiriblər. Gətirilən yerli istehsal olan müxtəlif növ ərzaq məhsulları hərbi hissəyə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: