Şərurda əsgərlərə bayram sovqatı aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibəti ilə Şərur rayon İcra Hakimiyyəti və iş adamları birlikdə "N" nömrəli hərbi hissədə xidmət edən əsgərlərə bayram sovqatı aparıblar. Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Cəfərov əsgər və zabit heyətini bayram münasibətilə təbrik edib. Sonra Şərur Rayon İncəsənət Məktəbinin saz ifaçıları musiqi nömrəsi ilə əsgərlər qarşısında maraqlı proqramla çıxış ediblər. Axaməd kənd tam orta məktəbinin 1-ci sinif şagirdi Tural Məmmədov vətənə aid şeir səsləndirib.
Əsgərlər göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.