NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonu ərazisindəki hərbi hissələrdə xidmət edən əsgərlərə bayram sovqatı aparılıb. Rayon İcra Hakimiyyətinin kollektivi Şahbuz şəhərindəki “N” hərbi hissəsində olub. Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması tarixindən danışıb, bu günün artıq 28 ildir ki, qeyd olunduğunu vurğulayıb.
Həmin gün rayon Prokurorluğunun, Polis, Vergilər, Mədəniyyət şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz Rayon şöbəsinin, rayon Məhkəməsinin, Təhsil, Rabitə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon şöbəsinin, Meliorasiya və Su Təsərrüfatı idarəsinin, Əhalinin Sosial Müdafiə Mərkəzinin, Elektrik Şəbəkəsinin kollektivləri rayondakı hərbi hissələrdə olub, əsgərləri bayramlar münasibətilə təbrik edib, apardıqları bayram sovqatlarını onlara veriblər.
“Oğuz səsi”