Tələbələr təcrübədə vergi xidmətləri ilə yaxından tanış olublar

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, noyabrın 18-dən dekabrın 28-dək “Naxçıvan” Universitetinin İqtisadiyyat ixtisasının IV kurs tələbələri üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin inzibati binasında istehsalat təcrübəsi təşkil olunub.

İstehsalat təcrübəsi zamanı tələbələr müvafiq şöbələrin fəaliyyət istiqamətləri ilə tanış olub, slaydlar vasitəsilə keçirilən dərslərdə elektron xidmətlərin üstünlükləri və ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı ətraflı məlumat əldə ediblər. AVİS-dən (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) istifadə qaydaları haqqında onlara geniş izahatlar verilib, sistemin vergi sahəsindəki üstünlüklərindən danışılıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb və əyani vəsaitlərlə məlumatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: