Bayram yarmarkası davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda təşkil olunan bayram yarmarkasında dördüncü gündə də alıcı sıxlığı və məhsul bolluğu müşahidə edilib.

Keçirilən yarmarkada  satılan məhsullar alıcılara daha ucuz təklif olunur. Belə ki, yarmarkada  balıq 2,50 qəpikdən  5 manata, ət və ət məhsulları 11 manata, yumurta  25 qəpiyə, alma 0,80 qəpikdən  1 manata, bal və bal məhsulları 10 manatdan 23 manata, pendir 6 manata və digər yerli məhsullar  bazar və mağazalardakı qiymətlərdən 15-20 faiz ucuz təklif olunur.

Yarmarkaya çıxarılan quş və quşçuluq məhsullarına da maraq çoxdur. Qaz 25 manat, ördək 13 manat, xoruz 20 manat, beçə 13 manat, hinduşqa diri çəkidə 1 kiloqramı 7 manat, təmizlənmiş vəziyyətdə isə 9 manata alıcılara təklif olunur. Yarmarkaya diri çəkidə çıxarılan heyvanların isə qiyməti 110-150 manat arasında dəyişir. Qeyd edək ki, bayram yarmarkası dekabr ayının 30-dək davam edəcək.

Mahmud Hüseynov

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: