Naxçıvana gələn əcnəbilərin sayı hər il artır 

A- A A+

Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbələri təcrübə zamanı Dövlət Miqrasiya Xidmətinin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış olub, eyni zamanda  müəyyən iş bacarıqlarını mənimsəyiblər. 

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ümumilikdə 35 tələbənin iştirak etdiyi təcrübə bu ilin 12 noyabr - 28 dekabr tarixlərini əhatə edib.

Təcrübə zamanı Xidmətin əməkdaşları tərəfindən tədris olunan dərslərdə tələbələrə Azərbaycan Respublikasında miqrasiya siyasətinin xüsusiyyətləri və muxtar respublikada həyata keçirilən prosesləri barədə ətraflı məlumat verilib.

Tədris olunan dərslər daha çox slayd və vidoeçarxlarla nümayiş olunub ki, bu da təcrübə zamanı dərslərin keyfiyyətli formada öyrənilməsi üçün müstəsna əhəmiyyətə malikdir.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev reallaşdırılan düzgün siyasətin nəticəsində  muxtar respublikamıza təşrif buyuran əcnəbilərin sayının hər ötən il daha da çoxaldığını vurğulayıb. 

Sonra Xidmət rəisi tərəfindən təcrübədə iştirak edən tələbələrin hər birinə şəhadətnamələr təqdim olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: