Uşaqlar üçün bayram şənliyi keçirilib - FOTOLAR

A- A A+

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Naxçıvan şəhər Körpələr Evində və Ailələrə Dəstək Mərkəzində qeyd edilib. 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirlikləri və Komitənin birgə təşkilatçılığı ilə körpələrlə görüş olub. 

Mərkəzin  uşaqları ilə  bərabər Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan uşaqlar da iştirak edib.  

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada bütün uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının qorunması, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkil edilməsi daim diqqət mərkəzində saxlanıldığı barədə məlumat veriblər. 

Sonra Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəsmiyyə Xasıyeva uşaqlara göstərilən qayğıya görə Mərkəzin kollektivi və valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilib. Şaxta baba və Qar qız uşaqlara hədiyyələr veriblər. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: