Naxçıvandakı muzeyləri 642 mindən çox tamaşaçı ziyarət edib

A- A A+

Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib. NUHÇIXAN xəbər verir  ki, 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlərin müzakirə olunduğu kollegiya iclasında nazir Natəvan Qədimova bildirib ki,  yola saldığımız ildə xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi, görkəmli şəxsiyyətlərin yubileylərinin və əlamətdar günlərin qeyd olunması istiqmətində işlər aparılıb.

Ümumilikdə, əlamətdar və tarixi günlərlə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 50-dən çox müxtəlif tədbirlər keçirilib.

Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda “Naxçıvan Muxtar Respublikası – 95” mövzusunda guşələr yaradılıb, mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər olub. Qeyd olunan tarixi günlə bağlı Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti, Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.

Nazir bildirib ki, hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fonduna 37 adda bədii və sənədli film daxil edilib.

Muzeylərin fəaliyyəti də nəzarətdə saxlanılıb, muzey əməkdaşlarına lazımi əməli və metodik köməkliklər göstərilib. Bu il muzeyləri, ümumilikdə, 642 min 220 nəfər tamaşaçı ziyarət edib ki, onlardan 176 min 901 nəfəri əcnəbi vətəndaşlardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamından irəli gələrək noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi qeyd edilib.

Sonra məruzə ətrafında çıxış edənlər 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasda Nazirliyin 2020-ci il üçün iş planı təsdiq edilib.                                                                                                                                                                                                                                                Xanım Rüstəmzadə

                                                                                

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: