Naxçıvanda peşəkar snayperlər hazırlanır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu qoşunlarında türkiyəli mütəxəssislərlə birgə keçirilən  növbəti  snayper hazırlığı kursu uğurla başa çatıb. Bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

Sonra çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın və snayper hazırlığı kursunun əhəmiyyətindən danışıblar.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və məzunlarla xatirə şəkli çəkdirilib.

           Kənan Cəlilov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: