Muxtar respublikada icbari tibbi sığorta sahəsində görülən işlər müzakirə olunub

A- A A+

Cari ildə muxtar respublikada sığortaolunanlara göstərilən 84 min 702 adda tibbi xidmətin ümumi məbləği 721 689.60 manat təşkil edib.

NUHÇIXAN xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində 2019-cu il ərzində görülmüş işlərin yekunu və qarşıda duran vəzifələrə dair keçirilən iclasda səsləndirilib.

Agentliyin direktoru Samiq Sadıxov iclasda çıxış edərək bildirib ki, bu il muxtar respublikada bütün sahələrlə yanaşı, səhiyyə sisteminin də müasir tələblərə cavab verilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bunlardan biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə başlanılmasıdır. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlara əsasən görülən işlər böyük əhəmiyyət daşıyır.

Samiq Sadıxov diqqətə çatdırıb ki, ötən dövr ərzində Sədərək, Şərur, Kəngərli, Ordubad, Şahbuz və Babək rayonlarında yaşayan əhali tərəfindən, ümumilikdə, tibb müəssisələrinə 32 min 428 nəfər müraciət olunub. Bunlardan 30 min 138 nəfərinə, yəni 93 faizinə ehtiyac olan tibbi xidmətlər rayon mərkəzi xəstəxanaları tərəfindən, 2290 nəfərə, yəni 7 faizinə isə ehtiyac olan tibbi xidmətlər icbari tibbi sığortanın tətbiqində iştirak edən digər xəstəxanalar tərəfindən həyata keçirilib.

Vurğulanıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün icbari tibbi sığortanın tətbiq olunduğu rayonlarda mərkəzləşmiş məlumat bazası və elektron idarəetmə sistemi təkmilləşdirilməli, əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədilə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində təkliflər verilməli, maarifləndirmə işləri davam etdirilməlidir. Həmçinin sosial, iqtisadi, maliyyə və səhiyyə sahələri üzrə təhlillər aparmaqla icbari tibbi sığorta sisteminin davamlı inkişafı istiqamətində tədbirlər görülməlidir. İcbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində yerləşən qeydiyyat məntəqələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi davam etdirilməlidir.

Sonda agentlik əməkdaşlarının çıxışları dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: