Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir

A- A A+

AMEA-nın Naxçıvan Bölməsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə bölmənin sədri akademik İsmayıl Hacıyev müstəqillik tariximizin əlamətdar günlərindən biri olan və azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilən bayramın yaranma tarixindən danışıb. Akademik ilk dəfə azərbaycanlıların birliyini təsdiq edən Həmrəylik Günü ilk dəfə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlərkən məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla elan edilib. Dünya azərbaycanlılarının vahid dövlət ideyası ətrafında birləşməsi hərəkatı məhz həmin qərarla başlanılıb.

Bölmə sədri vurğulayıb ki, Ulu öndərin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur, bu siyasət dahi şəxsiyyətin layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirilir.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Milli Həmrəyliyimizin otuz illik inkişaf tarixi” mövzusunda məruzəsi dinlənilib.

Tədbirə yekun vuran İsmayıl Hacıyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə kollektivi təbrik edib, Azərbaycan xalqına əmin-amanlıq  arzulayıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: