Qida yağlarının tərkibində transyağların normativ həddi 2 faizdən çox olmamalıdır

A- A A+

Ölkəmizdə qida yağlarının tərkibində transyağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir, çünki hazırda transyağlarla bağlı normativ hədd göstəricisi 8 faiz təşkil edir. Əslində isə həmin rəqəm 2 faiz təşkil etməlidir.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, həmin məsələ qanunvericilikdə öz əksini tapmalıdır. Energetik içkilərdə olduğu kimi, hazırda transyağlarla da əlaqədar müvafiq normativ-hüquqi sənədlər hazırlanır. Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək və sonra hüquqi qüvvəyə minəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: