Şərur rayonu ərazisindəki sərhəd zastavasına bayram sovqatı aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublika Prokurorluğunun kollektivi Şərur rayonu ərazisindəki sərhəd zastavasına bayram sovqatı aparıb.
Əsgər və zabitlərlə görüşdə Naxçıvan Muxtar Respublika Prokuroru, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev hər iki bayram münasibəti ilə şəxsi heyəti təbrik edib, sərhədçilərə şərəfli vəzifələrində uğurlar arzulayıb.
Hərbi hissənin şəxsi heyəti göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonra gətirilən bayram sovqatı əsgərlərə təhvil verilib.
Əbülfəz Dünyamalıyev