Şəhid ailələrində bayram tədbiri keçirilib - FOTOLAR
Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Qabil Orucəliyevin, Orxan Quliyevin, Elnur Cəfərovun, Cəfər Cəfərovun, Mehdi Zeynalovun, Vüsal Yusiflinin, Ramal Seyidovun evlərində bayram tədbiri keçirilib.
Naxçıvan Muxtar RespublikasınınAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbiri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Komitə Naxçıvan şəhər, Şərur, Babək, Ordubad və Culfa rayon İcra Hakimiyyətləri ilə birgə təşkil edib.
Bayram tədbirində iştirak edənlər bildiriblər ki, Vətən, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi həmişə uca tutulur, ailə üzvlərinə həmişə diqqət və qayğı göstərilir. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşmüş və qəhrəmancasına şəhid olmuş şəhidlərin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, habelə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması dövlətimizin sosial inkişaf kursunun əsas istiqamətlərindəndir. Bugünkü tədbir bunu bir daha sübut edir.
Sonra tədbir iştirakçıları tərəfindən 11 şəhid uşağına bayram hədiyyəsi verilib.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.