Naxçıvanda Ombudsmana 87 müraciət daxil olub

A- A A+

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

Qurumun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova bildirib ki, Müvəkkil təsisatı muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, həmçinin bu hüquqların davamlı inkişafına yönəlmiş tədbirləri 2019-cu ildə də davam etdirib.  Müvəkkil fəaliyyətini, əsasən, daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirib.

Diqqətə çatıdırılıb ki, 2019-cu ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 87 müraciət daxil olub, həmin müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb.

2019-cu ildə Müvəkkil preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 107 başçəkmə həyata keçirib, müxtəlif mövzuları əhatə edən maarifləndirmə tədbirlərində 1350 nəfər iştirak edib. O cümlədən Müvəkkilin rəsmi internet səhifəsinin informasiya yükü daha da artırılıb. Ümumilikdə 493 informasiya materialı Müvəkkilin rəsmi internet səhifəsində və digər kütləvi informasiya vasitələrində yerləşdirilib.

Ombudsman qeyd edib ki, 2020-ci ildə də Müvəkkil təsisatı müvafiq sahələr üzrə fəaliyyətini davam etdirərək dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübənin daha da inkişaf etdirilməsi və mütəmadi təkmilləşdirilməsi istiqamətində səylərini artırmalıdır.

Sonra məruzə ətrafında çıxışlar olub.

Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üçün iş planı təsdiq edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: